“İstər-istəməz müəyyən yorğunluq hiss olunurdu”

“Oyun bizim üçün ağır şəraitdə keçdi. Komandada bir neçə oyunçuda müəyyən sağlıq problemi var idi. Amma proqramda qeyd olunduğu üçün “Ərzurumspor”la görüşü bir gün sonraya təxirə saldıq. İstər-istəməz müəyyən yorğunluq hiss olunurdu. Bununla belə, oyunçular mümkün qədər hərəkətli olmağa, oyunda qalmağa çalışdılar”.

Allsport.az saytı xəbər verir ki, bu sözü “Sumqayıt”ın baş məşqçisi Samir Abbasov təlim-məşqdə Türkiyə klubuna 3:4 hesabı uduzduqları yoxlama oyunundan sonra deyib. 45 yaşlı mütəxəssisin fikrincə, əsas məqsəd mümkün qədər tez bərpa olunmaqdır:

“Sağlıq problemləri olan oyunçularımızın tezliklə sıraya dönməsinə nail olmalıyıq. Yeni transferlərimizin meydanda göstərdikləri əzmkarlığı bəyənirəm. Oktavio kollektivə bir az gec qoşulub. Komanda ilə bir neçə məşqə çıxmışdı deyə ona cəmi 30 dəqiqə şans verdik. Hələ fiziki olaraq pik formada deyil. Zamanla o da, digərləri də daha yaxşı vəziyyətdə olacaqlar”.

Həmin kateqoriyadan