- Baxış sayı: 31
- 26 İyul 2024 23:56
- Baxış sayı: 47
- İyul 26, 2024
- 0
Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyadda İslam həmrəyliyi idman federasiyasının (İHİF) 12-ci baş assambleyası keçirilib. Allsport.az saytı xəbər verir ki, tədbirdə İHİF-in icraiyyə komitəsinin yeganə azərbaycanlı üzvü Könül Nurullayeva da iştirak edib.
Səfər çərçivəsində o, qurumun təftiş komitəsinin sədri kimi idman qurğularına baxış keçirərək, İslam oyunları-2025-ə hazırlıq səviyyəsi və onların təşkili haqqında daha dolğun bilgilər əldə edib.
Millət vəkilinin sözünə görə, Ər-Riyadda gördükləri yüksək səviyyəli təşkilatçılıq, 6-cı İslam həmrəyliyi oyunlarının arzuladıqları şəkildə təşkilinə əminlik yaradıb.