- Baxış sayı: 65
- 10 Fevral 2025 20:42
- Baxış sayı: 102
- Fevral 10, 2025
- 0
Milli olimpiya komitəsində İngiltərənin Hartfordşir universitetinin professoru Mayk Kallan, qlobal tərəfdaşlıq və xaricdə təhsil üzrə direktoru Con Drayverllə görüş olub.
Allsport.az xəbər verir ki, görüşdə Azərbaycan cüdo federasiyası və MOK arasında təhlükəsiz idman sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. Görüşün mühüm mövzularından biri də gənc istedadların müəyyən olunmasında yüksək texnologiyaların, xüsusən də süni zəka alətlərinin istifadəsinin əhəmiyyəti idi. Tərəflər, Los-Anceles-2028 yay olimpiya oyunlarına hazırlıq çərçivəsində prioritetləri nəzərdən keçirərkən, idmançıların inkişafında innovativ yanaşmaların rolunu vurğulayıblar.