- Baxış sayı: 224
- 09 Aprel 2026 21:40
- Baxış sayı: 45
- Aprel 16, 2026
- 0

Norveçli xizəkçi Yens Luros Oftebro İtaliyada keçirilən qış olimpiya oyunlarında növbəti qızıl medalını qazanıb.
Allsport.az xəbər verir ki, o, böyük tramplindən tullanma və 10 km məsafəyə qaçış yarışında 24:45.0 saniyəlik nəticə ilə bütün rəqiblərini qabaqlayıb.
Gümüş medalı avstriyalı Yohannes Lamparter (+5,9 san), bürüncü isə finlandiyalı İlkka Herola (+14,8 san) əldə edib.
Bu, Oftebronun Milandakı oyunlarda ikinci, ümumilikdə isə karyerasındakı üçüncü olimpiya qızılıdır.