- Baxış sayı: 46
- 06 Mart 2026 22:52
- Baxış sayı: 256
- Mart 05, 2026
- 0

Məşhur italyan mütəxəssis Fabio Kapello “Əl-Nəsr”in hücumçusu Kriştianu Ronaldu haqqında fikirlərini bölüşüb.
Allsport.az xəbər verir ki, təcrübəli məşqçi 41 yaşlı portuqaliyalı ulduzun qol vurmaq bacarığını yüksək qiymətləndirsə də, onu bəzi əfsanələrlə eyni səviyyədə görmədiyini bildirib:
“Kriştianu Ronaldu möhtəşəm bombardir və inanılmaz futbolçudur, lakin mən onda heç vaxt Messi, Maradona və ya Ronaldonun gücünü görməmişəm”.
Ronaldunun Səudiyyə Ərəbistanı klubu ilə müqaviləsi 2027-ci ilin iyununa qədərdir. Cari mövsümdə o, keçirdiyi 22 matçda 18 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.