- Baxış sayı: 5
- 13 May 2026 12:46
- Baxış sayı: 83
- May 13, 2026
- 0

“Mançester Siti”, “Bayer”in əlcəzairli hücumçusu İbrahim Maza ilə maraqlanır. Allsport.az saytı xəbər verir ki, hazırda tərəflər arasında heç bir əlaqə olmayıb. “Əczaçılar” 20 yaşlı yarımmüdafiəçini saxlamaq niyyətindədir.
Bu mövsüm Maza bütün yarışlarda 38 oyunda meydana çıxıb, 5 qol vurub və 6 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2030-cu ilin yayına qədərdir.