Xüsusi mükafata namizədlər açıqlandı

Xüsusi mükafata namizədlər açıqlandı

“France Football” nəşri bütün dövrlərin ən görkəmli futbolçularını fərqləndirmək üçün nəzərdə tutulan “Bütün dövrlərin “Qızıl top”u” mükafatına namizədlərin siyahısını açıqlayıb.

Allsport.az xəbər verir ki, siyahıya müxtəlif nəsilləri təmsil edən 10 əfsanəvi futbolçu daxil edilib.

Onların arasında Lionel Messi və Kriştianu Ronaldu da var.

Namizədlər sırasında Yohan Kroyf, Marko van Basten, Mişel Platini, Frans Bekkenbauer, Karl-Haynz Rummenigge, Alfredo Di Stefano, Ronaldo Nazario və Kevin Kiqan da yer alıblar.

Messi və Ronaldu birlikdə 13 dəfə “Qızıl top” mükafatına layiq görülüblər. Kroyf, van Basten və Platini hərəyə üç, Bekkenbauer və Rummenigge isə iki dəfə bu mükafatı qazanıblar.

Mükafata namizədlərin tam siyahısı:

  • Alfredo Di Stefano (İspaniya)
  • Lionel Messi (Argentina)
  • Kriştiano Ronaldo (Portuqaliya)
  • Marko van Basten (Niderland)
  • Yohan Kroyf (Niderland)
  • Karl-Haynz Rummenigge (Almaniya)
  • Mişel Platini (Fransa)
  • Ronaldo Nazario (Braziliya)
  • Kevin Kiqan (İngiltərə)
  • Frans Bekkenbauer (Almaniya)

Həmin kateqoriyadan