- Baxış sayı: 43
- 16 Noyabr 2026 23:56
- Baxış sayı: 414
- Noyabr 09, 2026
- 0

“Neftçi”nin veteran futbolçuları – Tərlan Əhmədov və Kamal Quliyev “Palms Sports” futbol mərkəzində klubun qonağı olublar. Allsport.az saytı xəbər verir ki, “ağ-qaralar”ın baş icraçı direktoru Cəng Sümər adı ilk çəkilən mütəxəssisə 55, digərinə 50 illik yubileyləri münasibətilə xatirə hədiyyələri təqdim edilib.
Tərlan Əhmədov ölkəmizdə müxtəlif klublarda çıxış edib, Rusiya, İran və Ukrayna çempionatlarında legionçu həyatı yaşayıb. 1989-1991, 1998-2002-ci illərdə “Neftçi”də oynayıb, 121 oyun keçirib, 6 qol vurub, 1999-cu ildə Azərbaycan kubokunu başı üzərinə qaldırıb və “ilin futbolçu”su seçilib. 1990-cı ildə SSRİ-nin yeniyetmələrdən ibarət yığma komandası ilə Avropa çempionu olan müdafiəçi bir müddət komandamızı meydana kapitan kimi çıxarıb. O, millinin heyətində 75 dəfə meydana çıxıb.
Kamal Quliyev ölkəmizdən başqa Ukrayna çempionatında da çıxış edib. 1997-2002-ci illərdə “Neftçi”nin heyətində 142 matçda 24 qol vurub, 1999-cu ildə Azərbaycan kubokunun qalibi olub. Millidə 47 oyun keçirib.
Tərlan Əhmədov və Kamal Quliyev 2011-2014-cü illərdə baş məşqçi Böyükağa Hacıyevin köməkçisi olublar. Bu dönəmdə iki il ard-arda (2012, 2013) çempionluq yaşayan flaqman 2012/13-cü illər mövsümündə Azərbaycan futbolu tarixində ilkə imza ataraq UEFA Avropa liqasının qrup mərhələsində çıxış etmək hüququ qazanıb. Bundan əlavə, komanda 2 dəfə (2013, 2014) ölkə kubokuna yiyələnib.
Əhmədov 2017/18 mövsümündə “Neftçi”nin baş məşqçisi olub və komandamıza Azərbaycan çempionatının bürünc medalını qazandırıb.