- Baxış sayı: 47
- 08 Oktyabr 2026 15:30
- Baxış sayı: 92
- Oktyabr 08, 2026
- 0

Gənclər və idman naziri Fərid Qayıbov ötən ay beynəlxalq yarışlarda yüksək nəticələr göstərən azərbaycanlı idmançılarla görüşüb.
Allsport.az xəbər verir ki, oktyabrın 7-də Azərbaycan İdman Akademiyasında keçirilən tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Daha sonra “Azərbaycan respublikasının idman ustası” dərəcəsinə layiq görülən şəxslərə müvafiq vəsiqə və döş nişanları təqdim olunub.
Fərid Qayıbov çıxışında idmançıların beynəlxalq arenalarda qazandıqları uğurları yüksək qiymətləndirib, onları və məşqçilərini təbrik edib. Nazir bildirib ki, sentyabr ayında beynəlxalq yarışlarda Azərbaycanın Dövlət Himni 16 ölkədə səsləndirilib. İdmançılarımız həmin müddətdə 72 qızıl, 48 gümüş və 71 bürünc medal qazanıblar.
Tədbirdə beynəlxalq yarışlarda əldə olunan nailiyyətləri əks etdirən videoçarx nümayiş olunub. Bir sıra idman növlərinin nümayəndələri isə iştirak etdikləri yarışlar və nəticələri barədə məlumat veriblər.
Fərid Qayıbov idmançılara qarşıdakı yarışlarda uğurlar və qələbələr arzulayıb.