- Baxış sayı: 87
- 08 Oktyabr 2026 15:30
- Baxış sayı: 99
- Oktyabr 16, 2026
- 0

Rəşid Behbudov adına dövlət mahnı teatrında Mətbuat şurasının IX qurultayında keçirilib. Allsport.az saytı xəbər verir ki, toplantıda ümumilikdə 201 nümayəndənin iştirakı təsdiqlənib.
Yığıncaqda idarə heyəti sədrinin və nəzarət-təftiş komissiyasının hesabatları dinlənilib, onların ətrafında müzakirə aparılıb, yeni tərkib müəyyənləşib. Azərbaycan jurnalistlərinin qurultayında təşkilat komitəsi tərəfindən yekun seçki bülleteninə ən çox səs toplamış 46 namizədin adı daxil edilib.
Toplantıda idarə heyətinə 28 jurnalist namizəddən 14-ü, 18 ictimaiyyət nümayəndəsi olan namizəddən isə 9-u seçilib. BDU-nin “Jurnalistika” fakültəsinin dekanı Vüqar Əliyev Mətbuat şurasının sədri seçilib. Onu idman camiyəsində də yaxşı tanıyırlar. Bir neçə dəfə yazı müsabiqələrinin münsiflər heyətində yer alıb, ədalətli qiymətləndirmələri ilə fərqlənib.
O, 1978-ci il oktyabr ayının 12-də Bakı şəhərində anadan olub. 1995-ci ildə 190 saylı orta məktəbi bitirib, Bakı dövlət universiteti Beynəlxalq jurnalistika ixtisasına qəbul olub. Həmin ixtisas üzrə 1999-cu ildə fərqlənmə diplomu ilə bakalavr, 2001-ci ildə yüksək nəticələrlə magistr pillələrini bitirib.