“Eurosport”un rəhbər şəxsləri ilə əməkdaşlıq müzakirə edilib

“Eurosport”un rəhbər şəxsləri ilə əməkdaşlıq müzakirə edilib

Gənclər və idman naziri Fərid Qayıbov “Eurosport”un nümayəndələrini qəbul edib.

Allsport.az xəbər verir ki, noyabrın 18-də keçirilən görüşdə “Eurosport”un beynəlxalq tərəfdaşlıq üzrə baş direktoru Marizi Basten və beynəlxalq brend tərəfdaşlıqları üzrə meneceri Artur Mayyard iştirak ediblər.

Tərəflər idman yarışlarının beynəlxalq səviyyədə təbliği, media əməkdaşlığının inkişafı və gələcək tərəfdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparıblar.

Görüşdə Azərbaycan velosiped idmanı federasiyasının birinci vitse-prezidenti Sahib Ələkbərov və Azərbaycan su idmanı federasiyasının icraçı vitse-prezidenti Fərhad Əliyev də iştirak ediblər.

Həmin kateqoriyadan