- Baxış sayı: 41
- 22 Oktyabr 2026 21:47
- Baxış sayı: 457
- Oktyabr 21, 2026
- 0

Oktyabrın 20-21-də Bişkekdə türk dövlətləri təşkilatına (TDT) üzv ölkələrin gənclər və idmana məsul nazirlərinin 10-cu yubiley iclası, eləcə də məsul ekspertlərin 10-cu görüşü keçirilib.
Allsport.az xəbər verir ki, tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini İndira Hacıyeva ölkəmizdə bu sahədə həyata keçirilən işlər barədə məlumat verib.
İclasda Türk dünyası ölkələri arasında əlaqələrin daha da gücləndirilməsi istiqamətində həyata keçirilən layihələr, birgə təşəbbüslərin icrası və növbəti dövrdə görüləcək işlər müzakirə olunub. Çıxışlarda həmçinin “Bakı – 2026 idman paytaxtı” çərçivəsində Türk dünyasından olan gənclərin və atletlərin ölkəmizdə keçiriləcək tədbirlərdə fəal iştirakı xüsusi vurğulanıb.
Tədbir çərçivəsində İndira Hacıyeva Qırğız respublikasının mədəniyyət, informasiya və gənclər siyasəti naziri Mirbəy Mambetaliyev və Qırğız respublikası nazirlər kabineti yanında bədən tərbiyəsi və idman üzrə dövlət agentliyinin direktoru Urmat Asanbayevlə ikitərəfli görüşlər keçirib. Görüşlərdə gənclər və idman sahəsində əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub.