- Baxış sayı: 46
- 05 Noyabr 2026 11:17
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Gənclər və idman naziri Fərid Qayıbov Bakıda keçirilən yanğın-xilasetmə idmanı üzrə dünya çempionatı ilə əlaqədar ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüşüb.
Allsport.az xəbər verir ki, görüşdə yanğınsöndürənlərin və xilasedicilərin beynəlxalq idman federasiyasının prezidenti Aleksandr Çuprianın rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.
Görüş zamanı XXI dünya çempionatının kişilər, XII dünya çempionatının isə qadınlar arasında Bakıda təşkilinin əhəmiyyəti, yanğın-xilasetmə idmanının inkişaf perspektivləri və iştirakçı ölkələr arasında peşəkar təcrübə mübadiləsinin genişləndirilməsi məsələləri müzakirə olunub.