ASA və tərəfdaş universitetlərdən birgə diplom proqramı təşəbbüsü

ASA və tərəfdaş universitetlərdən birgə diplom proqramı təşəbbüsü

Azərbaycan idman akademiyası (ASA), Azərbaycan Tibb Universiteti və Çex Respublikasının Karlov universiteti arasında üçtərəfli görüş keçirilib.

Allsport.az xəbər verir ki, Karlov universitetində təşkil olunan görüşdə ASA-nın tədris işləri üzrə prorektoru Ülkər Babayeva, Azərbaycan tibb universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, professor Orxan İsayev və Karlov universitetinin nümayəndələri iştirak ediblər.

Tərəflər idman elmləri və reabilitasiya sahəsində akademik əlaqələrin genişləndirilməsi, ali təhsil müəssisələri arasında əməkdaşlığın inkişaf perspektivləri və təcrübə mübadiləsi məsələlərini müzakirə ediblər. Həmçinin bakalavriat səviyyəsində “fizioterapiya” ixtisasının məzmunu və tədrisinin təşkili, gələcəkdə birgə diplom proqramının yaradılması imkanları nəzərdən keçirilib.

Görüşdə beynəlxalq təcrübənin tədris prosesinə tətbiqi, tələbələrin nəzəri biliklərinin praktiki bacarıqlarla möhkəmləndirilməsi imkanlarına da diqqət yetirilib.

Karlov universitetinin beynəlxalq əlaqələr ofisinin direktoru Silvi Boumova ilə keçirilən ayrıca görüşdə isə beynəlxalq əməkdaşlığın genişləndirilməsi və birgə fəaliyyət perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Həmin kateqoriyadan