- Baxış sayı: 56
- 27 Oktyabr 2026 14:51
- Baxış sayı: 70
- Oktyabr 25, 2026
- 0

Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov Hindistanın gənclər işləri, idman, əmək və məşğulluq naziri Mansuk Mandaviya ilə iki ölkə arasında gənclər və idman sahələrində əməkdaşlıq perspektivlərini müzakirə edib.
Allsport.az xəbər verir ki, Qayıbov UNESKO-nun idmanda dopinqə qarşı beynəlxalq konvensiyasına tərəf dövlətlərin onuncu konfransı (KOP10) bürosunun sədri kimi Hindistana səfər edib.
O, Yeni Dehli şəhərində keçirilən KOP10 bürosunun üçüncü iclasına sədrlik edib və KOP10 təsdiq komitəsinin IV rəsmi iclasında iştirak edib.