İdman federasiyalarının nümayəndələri ilə 29-cu görüş

İdman federasiyalarının nümayəndələri ilə 29-cu görüş

Gənclər və idman naziri Fərid Qayıbov “İdman paytaxtı” Qazaxda idman federasiyalarının nümayəndələri ilə 29-cu görüşünü keçirib.

Allsport.az xəbər verir ki, Qazax gənclər evində təşkil olunan tədbirdən əvvəl rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov və milli məclisin deputatı Səməd Seyidov şəhərdə iştirakçıları salamlayıblar.

Nazir federasiya təmsilçilərini qarşılayaraq “İdman paytaxtı”nda, eləcə də regionlarda yeni idman bölmələrinin açılmasının vacibliyini vurğulayıb və gündəlikdə duran məsələləri açıqlayıb.

Daha sonra gündəliyə əsasən, milli idman tibb və reabilitasiya institutunun (MİTRİ) təqdimatı dinlənilib. Azərbaycan idman akademiyasına qəbul və mərkəzləşdirilmiş reyestr sisteminə dair çıxışlar edilib. Dəkər-2026 yeniyetmələrin yay olimpiya oyunlarının nəticələri, 2027-ci il üçün təqvim planı və FİSU-2027 oyunları ilə bağlı məsələlər diqqətə çatdırılıb.

Həmçinin ölkə idman yarışlarında protokol tədbirlərinin təşkili və keçirilməsi qaydaları müzakirə olunub. Toplantıda federasiyaların sosial media hesabatları dinlənilib, gündəlikdə yer alan digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Həmin kateqoriyadan