4 idman növü üzrə 131 idmançı monitorinqdən keçib

4 idman növü üzrə 131 idmançı monitorinqdən keçib

Azərbaycan idman akademiyasında “AZERFİT” layihəsi çərçivəsində növbəti monitorinq tədbirləri keçirilib.

Allsport.az xəbər verir ki, layihənin növbəti mərhələsi çərçivəsində yeniyetmələrdən ibarət milli komandaların üzvlərinin, eləcə də uşaq-gənclər idman məktəblərində məşq edən 11-14 yaşlı idmançıların fiziki və morfoloji göstəriciləri ölçülərək qiymətləndirilib.

Bu ay keçirilən monitorinqlərdə ümumilikdə 131 idmançı iştirak edib. İdman növləri üzrə iştirakçıların sayı aşağıdakı kimi olub: karate – 102, suya tullanma – 7, futbol – 16, triatlon – 6 idmançı.

Monitorinqdə Azərbaycan futbol federasiyaları assosiasiyasının (AFFA), karate federasiyasının, reqbi federasiyasının və üzgüçülük federasiyasının təmsilçiləri iştirak ediblər.

Monitorinqin əsas məqsədi uşaqların fiziki və morfoloji göstəricilərini müəyyənləşdirmək, onların inkişaf dinamikasını izləmək, həmçinin idman potensialını qiymətləndirməkdir. Əldə olunan göstəricilər idmançıların fiziki inkişafının təhlili və gələcək hazırlıq prosesinin daha səmərəli planlaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Həmin kateqoriyadan