Abdulla Zubir: Hansı komandaya gəldiyimin fərqindəyəm

“Qarabağ”ın yeni futbolçusu Abdulla Zubir açıqlama verib. Allsport.az saytı xəbər verir ki, “Lans”dan gələn Mərakeş əsilli fransalı yarımmüdafiəçi hədəfinin yüksək olduğunu söyləyib:

“Azərbaycanın ən böyük klubuna gəldiyim üçün xoşbəxtəm. Hansı komandaya gəldiyimin fərqindəyəm. “Qarabağ” son illər ardıcıl çempionluqlar qazanıb. Məndən gözləntilərin çox olduğunu bilirəm. Bu da mənim burada məsuliyyətimin artması deməkdir.

“Qarabağ” baxımlı futbol oynamağı sevir. Bu komanda üçün ən yaxşısını etməyə çalışacağam. Azarkeşlərimizin də ümidlərini doğrultmaq üçün əlimdən gələni edəcəm. Bu komandayla titullar, avrokuboklarda da uğurlar qazanmağa gəlmişəm”.

 

Həmin kateqoriyadan