Ançelottinin “Real” futbolçularını aldatması

“Real”ın yarımmüdafiəçisi Toni Kros komandanın baş məşqçisi Karlo Ançelottinin “Malyorka” (1:0) və “Barselona” (3:2) ilə oyundan əvvəl futbolçuları aldatması ilə bağlı gülməli əhvalat danışıb.

Allsport.az xəbər verir ki, bu barədə o, “Cope”a açıqlama verib:

“Keçən həftə “Malyorka” ilə oyundan əvvəl o, bizə dedi: “Qələbə qazansaq, çempion olacağıq.” Qələbə qazanmaq çətin idi, amma biz bunu bacardıq və matçdan sonra o, bizə dedi: “Sizə yalan dedim, gələn həftə qalib gəlsək, çempion olacağıq”.

Bir həftə sonra “qaymaqlılar” yenə qalib gəldi – bu dəfə “Barselona” üzərində. Sonra Ançelotti yenidən komandaya müraciət etdi:

“Xeyr, cümə günü “Real Sosyedad”ı məğlub edəndə hər şey bitəcək”.

Həmin kateqoriyadan