“O yarışda da Paris yay olimpiya oyunlarına vəsiqə qazana bilərik”

Dünən paytaxtda dünya kuboku (“AGF inkişaf” beynəlxalq yarışı) start götürüb. Allsport.az saytı xəbər verir ki, bu gün gimnastika federasiyasının baş katibi Nurlanə Məmmədzadə tədbir barəsində bunu dedi:

“Təşkilatçılıq həmişə olduğu kimi yüksək səviyyədədir. Federasiyanın ali rəhbərliyi hər şəraiti yaradıb. Bədii gimnastlarımız yaxşı çıxış edirlər. Qrup hərəkətləri komandasından da uğur gözləyirik.

Hazırda 2 lisenziyamız var. Gələn ay Macarıstan paytaxtı Budapeştdə Avropa çempionatı keçiriləcək. O yarışda da Paris yay olimpiya oyunlarına vəsiqə qazana bilərik”.

Həmin kateqoriyadan