34 yaşında olimpiadada iştirak edəcək

Sinxron üzgüçülük üzrə 3-qat olimpiya çempionu Svetlana Kolesniçenko və duet şəklində çıxış edən 2-qat dünya çempionu Maya Doroşko 2028-ci il olimpiya oyunlarında iştirak etmək istədiklərini açıqlayıblar.

Allsport.az xəbər verir ki, o, Paris olimpiadasını buraxacağını bildirib:

“Əvvəlcə 2028-ci ildə neçə yaşım olacağımı hesablayaq. Hər şey gözlənilməzdir. Mən həmişə sistemli şəkildə qarşıma məqsəd qoymuşam. İndi cari mövsüm üçün planlarım: Rusiya çempionatı, BRİKS oyunları, dostluq oyunları. Sonra necə olacağını görəcəyik. Əlbəttə, mən olimpiya oyunlarına getmək istərdim, təəssüf ki, Parisə çata bilmədim, amma ola bilsin ki, 2028-ci ildə alınsın”.

Həmin kateqoriyadan