“Ən çox qorxduğum adam idi”

Bu yaxınlarda premyer liqanın şöhrət zalına daxil edilmiş “Çelsi”nin keçmiş müdafiəçisi Con Terri ona futbol sahəsində ən çox problem yaradan 4 futbolçunun adını çəkib.

Allsport.az xəbər verir ki, o, bu barədə “The Sun”a açıqlama verib:

“Tierri Henri qarşılaşdığım ən yaxşısı və ən çox qorxduğum adam idi. Növbəti yerdə Runi olmalıdır. O, ən yaxşı oyunçu idi və əldə etdiyi şey inanılmaz idi. Bilmirəm, insanlar Ueyn İngiltərə komandasına ilk dəfə daxil olanda nə qədər yaxşı olduğunu əldən verirlərmi? Premyer liqada ona qarşı oynadığımı və İngiltərə millisində komanda yoldaşı olduğumu xatırlayıram. O, fenomenal idi.

Onu da deyərdim ki, Serxio Aquero və ya Harri Keynə müqavimət göstərmək çətindi”.

Həmin kateqoriyadan