“Həm məşqlərdə, həm oyunlarda bunu tələb edirik”

Ölkə kubokunun yarımfinalında “Qarabağ” evdə “Neftçi”ni 4:1 məğlub edib. Allsport.az xəbər verir ki, ağdamlıların baş məşqçisi oyun haqda danışıb:

“Futbolçularımı təbrik edirəm. Finalda oynamaq imkanı qazandıq. Oyundan ümumən razı qaldım. “Neftçi”yə uğurlar arzulayıram. Heyətdə böyük dəyişikliklər etmək fikrində deyilik. Düşündüklərimizi daha da yaxşılaşdırmaq istəyirik. Həm məşqlərdə, həm oyunlarda bunu tələb edirik. Sistem dəyişikliyinin tərəfdarı deyiləm. Matçın gedişində yerdəyişmələr, rotasiyalar edirik”.

Həmin kateqoriyadan