- Baxış sayı: 50
- 13 Noyabr 2026 23:56
- Baxış sayı: 414
- Noyabr 09, 2026
- 0

Azərbaycan kubokunun 2023/24 mövsümünün finalına yüksələn “Qarabağ” və “Zirə” ikinci dəfə həlledici görüşdə üz-üzə gələcək.
Allsport.az xəbər verir ki, bu komandalar 2021/22 mövsümündə də finalda qarşılaşıblar.
Yarımfinalı adlayan bu iki klub kubokun finalında bir dəfədən artıq qarşılaşacaq 6-cı cütdür. İndiyədək 5 duel yenidən finalda təkrarlanıb.
Kubok mövsümünün son matçında “Neftçi” – “Qarabağ” cütü üç dəfə qeydə alınıb. “Neftçi” – “Şəmkir”, “Kəpəz” – “Qarabağ”, “Xəzər Lənkəran” – “İnter”, “Neftçi” – “Qəbələ” matçları iki finala təsadüf edib.