- Baxış sayı: 41
- 22 İyun 2026 20:50
- Baxış sayı: 86
- İyun 23, 2026
- 0

AFFA-nın inzibati binasında klubların lisenziyalaşdırılması departamenti tərəfindən növbəti seminar təşkil olunub.
Allsport.az xəbər verir ki, seminar Azərbaycan premyer liqasında çıxış edən klubların maliyyə menecerlərinin iştirakı ilə UEFA-nın İT Tool proqramına maliyyə məlumatlarının daxil edilməsinə dair keçirilib.
Seminarda klubların maliyyə dayanıqlığı, UEFA-nın klubların lisenziyalaşdırılması və maliyyə dayanıqlığı üzrə qaydaları müzakirə olunub, eyni zamanda, növbəti lisenziyalaşdırma mövsümündən etibarən maliyyə meyarlarına ediləcək dəyişikliklər haqda seminar iştirakçılarına məlumat verilib.
Seminarın sonunda klub nümayəndələri 2023-cü maliyyə ilinə aid müvafiq məlumatları qeyd olunmuş proqrama daxil ediblər.