“Qarabağ”ın baş məşqçisi: “Azəryol”a da böyük fərqlə qalib gələ bilərdik

Dünən “AHF arena”da kişi həndbolçuların superliqasında qızıl medallara namizəd “Qarabağ” digər aparıcı rəqibi “Azəryol” klubunu 35:34 yendi. Qarşılaşmadan sonra qalib komandanın baş məşqçisi Emin Aydəmirov allsport.az saytına açıqlama verdi:

“Pley-off mərhələsinin 3-cü turunda rəqibə qarşı hazırlıqda itkilərimiz vardı, amma “Azəryol”un son oyunlarını təhlil edib komandanı ona görə köklədik.Umumi götürəndə, müdafiə oyunundan razı qaldım. Qapiçımız Elşad Məmmədyarov gözəl qurtarışlar etdi.

Biz bu oyunda da böyük fərqlə qalib gələ bilərdik. 2-ci hissənin ortalarında 4 top irəldə olduğumuz zaman, lazımsız səhvlər və top itkisi oldu. Hücumda tələsdik. Amma sonda toparlanıb istədiymiz nəticətə yetişdik.

“Qarabağ”ın hər bir oyunçusuna mübariz və istəkli olduqları üçün təşəkkür edirəm. Komandama inanıram və düşünürəm ki, istədiyimiz nəticəni qazanacaq gücundəyik.

Azərbaycan həndbol federasiyasının rəhbərliyinə də təşəkkür edirəm. Onlar gənc məşqçilərə dəstək olur, təcrübə yığmağa şərait yaradır və köməklik edir”.

Həmin kateqoriyadan