“Mahaçev dözümlülük baxımından son döyüşlərində çatışmazlıqlar göstərdi”

Böyük britaniyalı döyüşçü, yüngül çəkidə UFC üzrə dünya çempionu Leon Edvardsın məşqçisi Deyv Lovell rusiyalı İslam Maxaçev və qazaxıstanlı Şavkat Raxmonov haqqında fikirlərini bölüşüb.

Allsport.az xəbər verir ki, bu barədə o, “talksport”a açıqlama verib:

“Müəyyən mənada Mahaçev dözümlülük baxımından son döyüşlərində çatışmazlıqlar göstərdi. İslam çəkidə yüksəlmək istəyir, lakin onun öhdəsindən gələ biləcəyi bəlli deyil. Şavkat təhlükəli oğlandır, lakin son döyüşlərdə o, həm də həssas idi, baxmayaraq ki, Rəhmonov istənilən rəqibə qalib gələ biləcəyini düşünür.”

Həmin kateqoriyadan