Andreyevadan qələbə

Andreyevadan qələbə

Rusiyalı tennisçi Mirra Andreyeva Madriddə keçirilən VTA 1000 kateqoriyalı, mükafat fondu 8,8 milyon avro olan turnirə qələbə ilə başlayıb.

Allsport.az xəbər verir ki, ilk raundda dünyanın 43-cü raketkasi VTA reytinqində 58-ci yeri tutan amerikalı Teylor Taunsenddən üstün olub. Görüş 4:6, 6:1, 7:5 hesabı ilə başa çatıb. Rəqiblər meydançada 2 saat 11 dəqiqə vaxt keçiriblər.

Bu ay 17 yaşı tamam olan Andreyeva ikinci mərhələdə çexiyalı Linda Noskova ilə qarşılaşacaq.

Həmin kateqoriyadan