- Baxış sayı: 46
- 25 Sentyabr 2026 23:22
- Baxış sayı: 82
- Sentyabr 25, 2026
- 0
“Sərhədçi” idman mərkəzində Azərbaycan Basketbol Liqasının (ABL) 18-ci turunun açılış oyunu baş tutub.
Allsport.az xəbər verir ki, “Sabah” və “Xəzri” klublarının üz-üzə gəldiyi oyunda, “Sabah” rəqibinə 77-65 hesabı ilə qalib gəlib. Bu qələbə ilə “Sabah” klubu müntəzəm mövsümü lider bitirərək, adını pley-off ‘un yarımfinalına yazdırıb.
Ən məhsuldar basketbolçular: “Sabah” (Artyoms Butyankovs – 15 xal, 13 götürmə), “Xəzri” (Cordan Perkins – 18 xal, 6 götürmə).