İdman akademiyasında təlim

ASAPES-də “sosial sahibkarlıq” mövzusunda təlim baş tutub.

Allsport.az xəbər verir ki, tələbə və könüllülərlə iş şöbəsinin təşkilatçılığı və akademiyanın enactus tələbə komandasının təşəbbüsü ilə “destekchi” platformasının təsisçisi Etibar Xıdırovun təqdimatında “sosial sahibkarlıq” mövzusunda təlim keçirilib.

Məqsədi sahibkarlıq vasitəsilə sosial dəyişikliklər etmələri üçün gənclərə lazım olan bilikləri çatdırmaq olan təlimdə iştirakçılar sosial sahibkarlığın prinsiplərini, strategiyalarını və real həyatda tətbiqlərini öyrənmək imkanı əldə ediblər.

Bundan başqa iştirakçılar sosial sahibkarlıq konsepsiyası, sosial təsir imkanları, davamlı biznes modellərinin qurulması, texnologiya və əməkdaşlıqdan istifadə kimi mövzuları əhatə edən canlı müzakirələrə qoşulublar.

Təlim iştirakçıların əldə etdikləri məlumatlar əsasında praktiki fəaliyyətlə yekunlaşıb.

Həmin kateqoriyadan