“Bütün bunlar başa düşüləndir”

Keçmiş rusiyalı fiqurlu konkisürən, 2001-ci il yeniyetmələr arasında dünya çempionu Kristina Oblasova nə üçün vaxtilə SSRİ-nin əməkdar məşqçisi Yelena Çaykovskayanın qrupundan ayrıldığını açıqlayıb.

Allsport.az xəbər verir ki, bu barədə o, “championat”a danışıb:

“Yeniyetmələr dünyasında qalib gəldikdən sonra böyük səviyyəyə çatdım, Butırskaya və Soldatovaya rəqib oldum. Qromova ilə təxminən eyni vəziyyət təkrarlandı. Təbii ki, Çaykovskaya Butyrskayanı mənimlə dəyişə bilməzdi. Butırskaya artıq dünya çempionu, dəfələrlə Avropa çempionu və bir neçə dəfə Rusiya çempionu olub. Bütün bunlar başa düşüləndir”.

Həmin kateqoriyadan