- Baxış sayı: 38
- 23 İyun 2026 17:10
- Baxış sayı: 30
- İyun 26, 2026
- 0

“Sərhədçi” idman mərkəzində Azərbaycan kubokunun finalında “Neftçi” idman klubu “Xəzri”yə 65:61 qalib gəlib. “Ağ-qaralar”ın 2-3-cü mövqelərdə çıxış edən basketbolçusu Emil Mirzəyev sevincini allsport.az saytı ilə bölüşüb:
“Oyunun əvvəllərində rəqib 10 xal fərqi ilə üstünlüyə yiyələnsə də, sonradan geridönüş edə bildik.
Hec vaxt uduzanda əllərimizi aşağı salmırıq – davam edirik və meydanda axıra kimi mübarizə aparırıq.
Ümumiyyətlə, bu mövsüm uğurlu çıxış edirik. Məncə, əsas səbəb, komanda üzvlərinin bir-birinə daha yaxın olmasıdır. Tək meydanda yox, həyatda da”.