- Baxış sayı: 36
- 25 Aprel 2024 21:35
- Baxış sayı: 46
- Aprel 23, 2024
- 0
“Krılya Sovetov”dan ayrılan Aleksandr Səmədov karyerasını ölkəmizdə davam etdirə bilər. Allsport.az saytı xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi açıqlamasında bunu təsdiqləyib:
“Klubun adını çəkməyəcəyəm. Çünki indiki mərhələdə bunu demək qeyri-etik olar. Amma mənim həqiqətən belə bir variantım var. Hazırda Azərbaycan klubundan aldığım təklifi düşünürəm. Bunun üçün zaman lazımdır”.
Ehtimala görə, bu komanda “Neftçi”dir. “Ağ-qaralar” azad statuslu əslən azərbaycanlını heyətə qatmaqla, orta sahədə oyun quruculuğunu gücləndirmək istəyir.