Avropa çempionatının kubok turu başlayıb

5-21 mayda Azərbaycanda keçiriləcək U-17 Avropa çempionatı–2016-nın rəsmi kuboku sponsor turuna başlayıb. Allsport.az saytı xəbər verir ki, ali mükafat ilk olaraq bu gün AÇ-nin milli dəstəkçilərindən olan “Coca-Cola” şirkətinə təqdim edilib.

Şirkətin baş ofisində keçirilən təqdimat mərasimində UEFA U-17 Avropa çempionatı Azərbaycan-2016-nın Yerli Təşkilat Komitəsinin üzvləri və “Coca-Cola”nın əməkdaşları iştirak edib, kubok ilə şəkil çəkdirmək imkanı qazanıb.

Həmin kateqoriyadan