- Baxış sayı: 32
- 08 May 2024 21:20
- Baxış sayı: 158
- May 06, 2024
- 0
Rusiyada Valentin Qranatkinin xatirəsinə həsr olunan ənənəvi turnirin növbəti mövsümünün püşkü atılıb. Allsport.az xəbər verir ki, 1998-ci il təvəllüdlü yeniyetmələr arasında təşkil olunan turnirdə Azərbaycan yığması da mübarizə aparacaq.
Püşkə əsasən, Azərbaycan yığması “C “qrupunda Sloveniya, Latviya və Bolqarıstanla mübarizə aparacaq. “A” qrupunda yerli Sankt-Peterburq, Belarus, Slovakiya, Yaponiya və Litva, “B” qrupunda isə Finlandiya, Rusiya, Estoniya, Qazaxıstan və Moldova yarışacaq.
Qeyd edək ki, bu turnir yanvarın 2-dən 13-dək Sankt-Peterburqda keçiriləcək.