Rusiya idmançılarına medal verilməyəcək

Beynəlxalq olimpiya komitəsi (BOK) hazırda keçmiş olimpiya oyunlarının nəticələrini nəzərdən keçirdikdən sonra Rusiya idmançılarına verilməli olan mükafatları təqdim etmək niyyətində deyil.

Allsport.az xəbər verir ki, 2018-ci ilin iyulunda Lozannadakı idman arbitraj məhkəməsi (CAS) 2016-cı il oyunlarında 1000 metr məsafəyə qaçışda üçüncü yeri tutmuş, lakin antidopinq qaydalarını pozduğuna görə bürünc medaldan məhrum edilmiş moldovalı kanonist Sergey Tarnovskinin şikayətini rədd edib.

Nəticədə dördüncü nəticə göstərən rusiyalı İlya Ştokalov bürünc medala sahib olub. Medalın rusiyalı idmançıya verilməsi ilə bağlı yekun qərarı 2018-ci ilin avqustunda BOK qəbul edib.

Həmin kateqoriyadan