“Messi qarşısıalınmazdır”

Keçmiş “Mançester Siti” oyunçusu, 2014 və 2016-cı illərdə MLS-in bombardiri Bradley Fillips “İnter Mayami”nin rəqiblərinin Lionel Messini meydanda necə saxlaya biləcəyi ilə bağlı fikirlərini bölüşüb.

Allsport.az xəbər verir ki, bu barədə o, “MLS Soccer”ə açıqlama verib:

“Biz görürük ki, Messi qarşısıalınmazdır. Əgər siz ona yaxın olsanız, o, sadəcə olaraq ətrafınızda dövrə vuracaq və ya qaçacaq. Əsas məsələ, bunu masa arxasında oturarkən demək asandır – onun topu almasına icazə verməməkdir. Başa düşürəm ki, bu, asan deyil, amma top Messinin ayağında olduqdan sonra onu götürməyi unuda bilərsiniz”.

Həmin kateqoriyadan