“Gənc oyunçular bu səviyyədə sonadək mübarizə apardılar”

Premyer liqanın 33-cü turunda “Qəbələ” səfərdə “Səbail”i 3:2 məğlub edib. Allsport.az xəbər verir ki, qonaqların baş məşqçisi Kaxaber Tsxadadze oyun haqda danışıb:

“Azarkeşlər üçün maraqlı oyun oldu. Bol qollu matç alındı, meydanda yaxşı mübarizə çox idi. Bu, inkişaf üçün çox vacibdir. Gənc oyunçular bu səviyyədə sonadək mübarizə apardılar. Onlara görə şadam, təbrik edirəm. İki debütant da meydana çıxdı. Xüsusi sevinməyə dəyməz, sonuncu yerdəyik. Gənc futbolçularımız üçün sevinirəm. Onlar məşqlərdə də yaxşı çalışırlar və daha yaxşı oynaya bilərlər. Ümid edirəm ki, son matçlarda da özümüzü yaxşı tərəfdən göstərəcəyik. Əvvəlki matçlarda da çox qol epizodları yaradırdıq. Amma bundan yararlanmaq üçün soyuqqanlılıq və ustalıq lazımdır ki, bunu bir az artırmışıq. Rəqib qapıçılar bizimlə görüşlərdə üç və daha çox artıq “seyv” edirdilər, amma biz uduzurduq. “Neftçi” ilə qarşılaşmanı misal çəkə bilərəm. Həmin görüşdə biz 5 , rəqib 1 dəfə çərçivəyə zərbə endirdi”.

Həmin kateqoriyadan