- Baxış sayı: 33
- 22 İyun 2026 15:42
- Baxış sayı: 86
- İyun 23, 2026
- 0

Qadın boksçulardan ibarət Azərbaycan millisi Qazaxıstana yollanıb.
Allsport.az xəbər verir ki, yığma Almatı olimpiya hazırlıq mərkəzində təlim-məşq toplanışı keçəcək.
Hazırlığa Marjona Savriyeva (50 kq), Zeynəb Rəhimova (54 kq), Məhsəti Həmzəyeva (57 kq), Şəhla Allahverdiyeva (66 kq) və Aynur Rzayeva (75 kq) cəlb olunublar. Bu gün start götürəcək məşqlər mayın 18-dək davam edəcək. Boksçularımızın hazırlıq çərçivəsində sınaq döyüşləri də planlaşdırılır.