Tələbələr üçün ustad dərsi

Azərbaycan futbol federasiyaları assosiasiyasının klubların lisenziyalaşdırılması departamentinin direktoru Elçin Məmmədov, Azərbaycan dövlət bədən tərbiyəsi və idman akademiyasının (ASAPES) dəvəti ilə tələbələr üçün ustad dərsi keçib.

Allsport.az saytı xəbər verir ki, sessiyanın mövzusu rəsmi beynəlxalq futbol yarışlarının təşkili və matç əməliyyatları olub.

İştirakçılar arasında ASAPES-in Rusiyanın MGİMO Universiteti ilə idman menecmenti üzrə ikili proqramının tələbələri və SABAH qruplarının tələbələri yer alıblar.

Tədbirin sonunda tələbələrin sualları cavablandırılıb.

Həmin kateqoriyadan