- Baxış sayı: 59
- 06 Noyabr 2026 23:58
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Dortmund “Borussiya”sının müdafiəçisi Mats Hummels çempionlar liqasının yarımfinalında PSJ ilə cavab oyununda ən yaxşı oyunçu seçilib.
Allsport.az xəbər verir ki, UEFA-nın texniki müşahidəçilər qrupu alman futbolçunun zərbələrini, kəsmələrini, boşluqlarını və qolunu qeyd edib.
İlk görüşdə 1:0 hesabı ilə qalib gələn “Borussiya” səfərdə PSJ-ni eyni nəticə ilə məğlub edib. Yeganə qolu Mats Hummels vurub.
35 yaşlı futbolçu üçün bu, cari çempionlar liqasının 13 matçında ikinci qoldur.