Rəhimova darmadağın oldu

Rusiyalı tennisçi Kamilla Rəhimova Romada keçirilən VTA-1000 turnirinin əsas püşkatmasında iştirak etməyəcək.

Allsport.az xəbər verir ki, təsnifat yarımfinalında Rəhimova serbiyalı Olqa Daniloviçə darmadağın olub.
İdmançılar arasında 1 saat 24 dəqiqə davam edən görüş 6:2, 6:0 hesabı ilə dünyanın 112-ci raketkasının xeyrinə başa çatıb.

Seçmə mərhələnin finalında Daniloviç, Klara Tauson (Danimarka) – Astra Şarma (Avstraliya) cütünün qalibi ilə oynayacaq.

Həmin kateqoriyadan