“Biz qalib gələcəyik”

PSJ-nin baş məşqçisi Luis Enrike çempionlar liqasının yarımfinalında Dortmund “Borussiya”sı ilə qarşıdakı cavab oyunu ilə bağlı gözləntilərini bölüşüb.

Allsport.az xəbər verir ki, bu barədə o, UEFA-ya açıqlama verib:

“Biz qalib gələcəyik. Bu fransızca bildiyim yeganə ifadədir. Məşqçi liderdir və öz oyunçularına güvən yaratmalıdır. Hər gün bunun üzərində işləyirəm. İdeya ilk matçdakı kimi oynamaqdır.

Məqsədimiz finala çıxmaqdır. Bunun üçün biz “Borussiya” kimi görkəmli komandadan daha yaxşı olmalıyıq. Təkmilləşdirmə üçün həmişə yer var və biz bunun üzərində işləmişik. Üç saniyə ərzində iki qol vura bilərsən, amma eyni zamanda onları buraxa da bilərsən”.

Həmin kateqoriyadan