“Gələcəkdə təbii ki, bayraq qaldırılacaq”

Bədii gimnastika üzrə olimpiya çempionu Alina Kabayeva Rusiya prezidenti Vladimir Putinin andiçmə mərasimindən sonra rusların bayraqsız və himnsiz çıxış etməsi ilə bağlı fikirlərini bölüşüb.

Allsport.az xəbər verir ki, bu barədə o, sport24.ru saytına müsahibə verib:

-Qarşıdakı 10 ildə bayrağımız altında, himnimizlə çıxış edə biləcəyikmi?

-Bəli, biz artıq çıxış edirik. Klublar assosiasiyamız var. Keçən il yarışlar keçirdik və qızlarımız birinci yeri qazandılar. Bayraq Çində, dostlarımız arasında qaldırıldı. Rusiyanın himni səsləndirilib.

Gələcəkdə təbii ki, bayraq qaldırılacaq. Ölkəmizdə idman ona görə inkişaf edir ki, idmanı sevən, onu inkişaf etdirən insanlar var. Biz ölkə daxilində inkişaf edirik və bundan sonra da inkişaf edəcəyik”.

Həmin kateqoriyadan