“Çox yaxşı qollar vurduq”

“Kristal Pelas”ın baş məşqçisi Oliver Qlasner premyer liqanın 36-cı turunun matçında “Mançester Yunayted” üzərində qazanılan qələbəni (4:0) şərh edib.

Allsport.az xəbər verir ki, bu barədə o, “Sky Sports”a açıqlama verib:

“Komandanı qələbə münasibətilə təbrik edirəm. İlk hissədə çox yaxşı oynamadıq. Biz tez-tez meydanın ortasını açırdıq və rəqib bu boşluqdan yararlana bilirdi. Bununla belə, çox təsirli idik və çox yaxşı qollar vurduq.

Fasilədə iki-üç dəyişiklik etdik, futbolçular qulaq asırdılar.

İkinci hissəni xeyli yaxşı oynadıq, vəziyyətə daha çox nəzarət etdik, çoxlu qollar yaratdıq və gözəl qollar vurduq. Böyük qələbə”.

Həmin kateqoriyadan