- Baxış sayı: 35
- 25 Aprel 2024 21:35
- Baxış sayı: 45
- Aprel 23, 2024
- 0
Millimizin keçmiş hücumçusu Rüfət Dadaşov Almaniya 3-cü Bundesliqasında oynayacaq. Allsport.az saytı xəbər verir ki, hazırda Şimal-Şərq regional liqasında Berlin “Dinamo”sunda çıxış edən 26 yaşlı futbolçu yeni mövsümdə “Proyssen” klubuna keçəcək.
Münster təmsilçisi həmyerlimizlə 2-illik sözləşib. Xatırladaq ki, Rüfət cari rəqabətdə 24 oyunda 23 qol vurub. O, Almaniyanın regional liqaları üzrə ən məhsuldar futbolçudur.
Baş məşqçi Berti Foqtsun dönəmində 2013-cü ildə “ay-ulduzlular”ımıza cəlb olunan Dadaşov, keçirdiyi 16 görüşdə 4 dəfə fərqlənib. Hücumçu yığmamızın heyətində sonuncu dəfə AÇ-2016-nın seçmə mərhələsində İtaliya ilə səfər oyununda (1:2) fürsət qazanıb.