Bu gün “Qarabağ” Madrididə “Atletiko” ilə cavab matçına çıxacaq

Bu gün çempionlar liqasının “C” qrupunda “Qarabağ” klubu Madridin “Vanda Metropolitano” stadionunda “Atletiko” ilə qarşılaşacaq. Allsport.az saytı xəbər verir ki, oyunu Almaniyadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Deniz Aytekin olacaq. Ona yan xətdə Guido Kleve və Markus Hacker kömək edəcəklər. Qapılar tərəfdə Daniel Siebert ilə Benjamin Brand olacaq. Altıncı hakim funksiyasını Eduard Beitinger yerinə yetirəcək.

Qrupun digər oyununda isə “Roma” İtaliyada “Çelsi”ni qəbul edəcək. Ağdam təmsilçisi səfərdə “Çelsi”yə 0:6, Bakıda “Roma”ya 1:2 hesabı ilə məğlub uduzub. Bakı olimpiya stadionunda “hindular”la görüş qolsuz heç-heçə bitib.

“Zadəganlar” 7 xalla “C” qrupunun öndədirlər. “Roma” 5 xalla 2-ci, “Atletiko” 2 xalla 3-cü, “Qarabağ” 1 xalla sonuncudur.

 

Həmin kateqoriyadan