Çempionlar liqası üçün sifariş vərəqi

“Qarabağ” çempionlar liqasının 1-ci təsnifatının oyunları üçün sifariş vərəqəsini UEFA-ya təqdim edib. Allsport.az saytı xəbər verir ki, baş məşqçi Qurban Qurbanovun siyahısında 22 futbolçu yer alıb. Onlardan 3-ü qapıçı, 7-si müdafiəçi, 11-i yarımmüdafiəçi və yalnız 1-i hücumçudur.
Albaniya “Partizani”si ilə ilk oyun iyulun 10-da Tiranada, cavab görüşü iyulun 17-də Bakıda baş tutacaq.

Qapıçılar: Şahruddin Məhəmmədəliyev, Vaqner da Silva, Nicat Mehbalıyev;

Müdafiəçilər: Aylton Silva, Rahil Məmmədov, Maksim Medveyev, Rəşad Sadıqov, Abbas Hüseynov, Bədavi Hüseynov, Donald Gerye;

Yarımmmüdafiəçilər: Qara Qarayev, Simeon Slavçev, Araz Abdullayev, Miçel, Xayme Romero, Dani Kintana, Abdullah Zubir, İsmayıl İbrahimli, Filip Ozobiç, Riçard Almeyda, Hacıağa Hacılı;

Hücumçu: Mahir Əmrəli.

Həmin kateqoriyadan