Dmitri Nəzərovun komandası səfərdə “Qroyter”i darmadağın edib

Almaniya 2-ci Bundesliqasının 16-cı turunda millinin yarımmüdafiəçisi Dmitri Nəzərovun çıxış etdiyi “Ersgebirge” səfərdə “Qroyter” klubunu 5:0 darmadağın edib.

Allsport.az saytı xəbər verir ki, futbolçumuz görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb. Aue təmsilçisi 18 xalla 18 komanda arasında 12-ci pilləyə yüksəlib.

Həmin kateqoriyadan