Flaqman Mərdəkana köçür

“Neftçi” yeni mövsümə “8-ci kilometr” stadionunda başlamayacaq.
Allsport.az saytı xəbər verir ki, “Baksel arena” stadionu təmirə bağlandığından, “ağ-qaralar” ev oyunlarını Mərdəkanda “Dalğa Arena”da keçirəcək. Bu haqda klubun mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev futbolinfo.az-a məlumat verib:
“Stadionumuz avqust ayı üçün hazır olmalıdır. Ola bilsin, yeni çempionatın başlanğıcını, 1-2 oyununu doğma meydanda keçirməyək. İlk turlarla yanaşı, avrokuboklardakı matçlarımız da “Dalğa Arena”da olacaq”.

Həmin kateqoriyadan